Menu

“Yelo” ASC-nin “EasyPay”ə qarşı 326 min manatlıq iddiası təmin edilib

28.12.2019, 11:02
“Yelo” ASC-nin “EasyPay”ə qarşı 326 min manatlıq iddiası təmin edilib

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Yelo” ASC-nin (NikoylBank) “EasyPay” MMC-yə qarşı 326 min 484 manat 72 qəpik pul tələbinə dair iddiaya baxılıb.

"Report" xəbər verir ki, hakim Leyla Əliyeva iddianın təmin edilməsi barədə qərar çıxarıb.

Qərara əsasən, “Easypay” MMC-dən əsas borc və faiz daxil olmaqla ümumilikdə 326.484,72 manat, həmçinin 30 manat dövlət rüsumu tutularaq “Yelo” ASC-yə ödəniləcək.

Qeyd edək ki, tərəflər arasında müqaviləyə əsasən, “EasyPay “ MMC ödəmə terminalları vasitəsilə ödəyicilərdən yığılan bank kreditlərinin və istənilən digər ödənişlərin yığılması, yığılan vəsaitlərin sifarişçinin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmət göstərməli idi. Lakin iddiada qeyd edilir ki, “EasyPay” MMC müqavilənin şərtlərini pozaraq, müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırıb.

Bu səbəbdən də bank məhkəməyə müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol