Menu

İran ABŞ-dan qisas alacağını bəyan edib

03.01.2020, 09:56
İran ABŞ-dan qisas alacağını bəyan edib

İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Quds xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İranın Ali rəhbərin məsləhət orqanının keçmiş komandanı Möhsin Rezai “twitter” səhifəsində bildirib.

İran prezidentinin müşaviri Hesamaddin Aşna isə ABŞ-ın "öz həyəcanlı oyunları ilə" Yaxın Şərqdə özünə ən təhlükəli şərtlər yaratdığını deyib, bildirib ki, Vaşinqton bunun nəticələrinə hazır olmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol