Menu

"ABŞ Süleymaniyə hücum qərarını NATO-nun iştirakı olmadan qəbul edib" - Stoltenberq

06.01.2020, 23:30
"ABŞ Süleymaniyə hücum qərarını NATO-nun iştirakı olmadan qəbul edib" - Stoltenberq

ABŞ İranın Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, generalı Qasım Süleymaninin öldürülməsi haqqında qərarı NATO-nun və İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyanın iştirakı olmadan qəbul edib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Şimal Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib.

"ABŞ tərəfindən bu qərar İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın və NATO-nun iştirakı olmadan qəbul edilib", - deyə baş katib Şimal Atlantika alyansının təcili iclasının nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Bununla belə, Stoltenberq əlavə edib ki, Vaşinqton öz qərarı ilə bağlı NATO-ya izahat verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol