Menu

Mandatından imtina edən deputat yenidən mandat istəyir

11.01.2020, 15:10
Mandatından imtina edən deputat yenidən mandat istəyir

Keçmiş deputat Gülər əhmədova əvvəllər deputatı olduğu 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

“AzPolitika.info” xəbər verir ki, onun adı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında namizədliyini irəli sürmüş şəxslər haqqında məlumat bazasına yerləşdirilib. G.Əhmədova imza vərəqlərini DSK-ya təqdim etsə də, namizədliyi hələlik qeydə alınmayıb. 

Xatırladaq ki, G.Əhmədova üç çağırış parlamentin deputatı olub. 2013-cü il fevralın 13-də Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin barəsində səsləndirdiyi rüşvət iddialarından sonra deputat mandatından imtina edib və həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Təxminən 1 ildən sonra Apellyasiya Məhkəməsi onun cəzasını şərti cəza ilə əvəz edib.

AzPolitika.info

Şərhlər

Köhnə deputat 2020-01-11 17:09:17

Biz demokratik ölkəyik. Əqidəsindən asılı olmayaraq hər kəs deputat ola bilər.

AQAYEV 2020-01-11 16:39:02

Qobustanda vətənə xəyanət ittahamı iylə həbsdə olanlarda deputatlıqa namizədliyini verə bilər gülərlə onlar arasında nə fərq var.AYIBDIR BU ÖLKƏNİ ĞÜLÜNC ĞÜNƏ QOYMAYIN Elə etməyin cən. PREZİDENTƏ müracət edək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol