Pompeo Liviya münaqişəsinə dair konfransda iştirak etmək üçün Berlinə gedib

ABŞ dövlət katibi Mayk Pompeo Liviyaya dair konfransda iştirak etmək üçün Berlinə səfər edib.

Trend-in "Ren TV"yə istinadla verdiyi məlumata görə, bu barədə M.Pompeo öz rəsmi "Twitter" səhifəsində yazıb.

Dövlət katibi qeyd edib ki, dünya liderləri və BMT rəsmiləri ilə söhbət edəcək. Həmçinin M.Pompeo "bu vacib təşəbbüsə rəhbərlik etdiyi üçün" Almaniyaya təşəkkür edib.

M.Pompeo bildirib ki, ABŞ-ın konfransla bağlı gözləntiləri "mülayimdir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar