NAZİRLƏ DEPUTATIN ŞƏRİKLİ BİZNESİ... - Mirələmovla Qarayevi nə birləşdirir? + FOTOLAR

Azərbaycanda məmurların və deputatların böyük biznes şəbəkələrinə malik olmaları yeni məsələ deyil. Bu mövzuda mətbuatda və sosial şəbəkələrdə çoxsaylı faktlara və iddialara rast gəlmək mümkündür.

“AzPolitika.info xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli son sosial şəbəkə paylaşımında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevlə deputat Hüseynbala Mirələmovun ortaq biznesinin olduğunu iddia edib.

O, qeyd edib ki, nazirlə deputatın Panamada qeydiyyatdan keçən şərikli şirkətinin Bakıdakı filialına YAP-ın Xətai rayon təşkilatının aparat rəhbəri Mayıl Kərimov nəzarət edir və bununla bağlı Vergilər Nazirliyinin rəsmi reyestrindəki qeydləri paylaşıb.

Jurnalist həmçinin, sözügedən şirkətin Panamada Əbülfəs Qarayevin adına qeydiyyatdan keçdiyini təsdiqləyən məlumatı paylaşımına əlavə edib.

Xatırladaq ki, 75 yaşlı Hüseynbala Mirələmov bundan öncə 3 çağırış Milli Məclisin deputatı olub. Fevralın 9-da keçiriləcək seçkiyə də qatılan Mirələmov artıq 4-cü dəfə parlament üzvü olmağa hazırlaşır.

C.Həsənlinin nazirlə deputatın ortaq biznesilə bağlı paylaşımını təqdim edirik: “Deputatlığa namizəd deputat Hüseynbala Mirələmov və Mədəniyyət naziri Əbülfəs Qarayevin Panamada fəaliyyət göstərən RİMBA S.A. şirkətinin Azərbaycanda filialı da var.

Offşor şirkətin filialı 2005-ci il fevralın 9-da Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı Şəhəri Səbail Rayonu, Əhəd Yaqubov, ev 83-dür. Filialın qanuni təmsilçisi

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının aparat rəhbəri və hakim partiyanın seçkilərdə səlahiyyətli nümayəndəsi Mayıl Qəşəm oğlu Kərimovdur.

Mayıl Kərimov

Nazirlə deputatın şərikli şirkəti - RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir.”

“AzPolitika.info” bu məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Tahir


635x100

Şərhlər

Aqşin 2020-02-23 18:44:09

Nəzarət mexanizmi ölkədə qəsdən buraxılıb. Hər şey Yməmurlara peş-keş edilib.Günahı isə sistemdədir...

Mahmud Eldarov 2020-01-27 22:18:05

Ölkədə tam cəzasızlıq hökm sürür. İllərlə vəzifə tutan məmurlar, deputatlar, rektorlar açıq-aşkar korrupsiya, rüşvətlə, ədalətisliklə, xalqı ələ salmaqla, onu incitməklə məşğuldurlar. Əvəzində isə yeni vəzifələr alır, hələ bir sağ ol qazanıb yola salınırlar. Yəni get rüşvət və qanunsuz yolla yığdığın milyonları və milyardları rahat xərclə özünçün. Görəsən hakimiyyət komandası niyə təmizlənmir. İndi də xaricdə təhsil almış "sivil" maşenniklərə, manqutlara vəzifə verilir. Balaca bir ölkəni nə qədər yeyib-dağıdan olarmış... Bu Mirələmov və Qarayev kimilərdən ölkənin, cəmiyyətin canı nə vaxt qurtulacaq. Deyəsən, Qarayevi Firəngizlə ya da Göyçayevlə əvəz eləmək istəyirlər. Allah eləməsin. İncəsənətə, onun əsl sənətkarlarına yazığınız gəlsin.Bu niyyətdən çəkinin.Amin.

VƏTƏNDAŞ 2020-01-21 21:42:47

eLƏ ONA GÖRƏ DƏ MƏDƏNİYYƏT,TURİZMLƏ MŞUL OLMAĞA NƏ VAXTI VAR,NƏ SƏRİŞTƏSİ.ÖLKƏNİ NİYƏ BU GÜNƏ SALDILAR?HAMISI BİZNESLƏ. MONOPOLİYA İLƏ, ÖZÜNÜNKİLƏŞDİRMƏKLƏ, BÜDCƏNİ ŞƏXSİ MƏQSƏDLƏRİNƏ YÖNƏLTMƏKLƏ MƏŞĞULDURLAR..

Vətəndaş 2020-01-21 16:49:02

Belə nazirlərlə və deputatlara bu ölkənin talei necə ola bilər? Bunu bir düşünən varmı?Ölkə batıb,insanlar məhv edilir.Hakimiyyət varidat yığır.Bunun sonunu düçünən varmı? ...

Rauf 2020-01-21 16:45:46

Görəsən araşdıran var ki, mirələmovda bu qədər var-dövlət haradadır

Nazim 2020-01-21 11:16:01

Biyabircilig

Son yazılar