Menu

Yol polisi sürücüləri belə tələyə salır - VİDEO

28.01.2020, 17:24
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO

Bakıda yol polisinin xidmət zamanı sürücülərə tələ qurduğu şübhəsini yaradan görüntüləri yayılıb. 

"AzPolitika.info" xəbər verir ki, Sədərək Ticarət Mərkəzinin qarşısındakı dairədə yol polisinin sürücüləri tələyə salaraq qayda pozmağa vadar edən hərəkətləri vətəndaş tərəfindən vedeolentə alınıb. 

Videogörüntülərdən aydın olur ki, yol polisi xitmət aparırmış kimi dairənin başına fırlanır. Eyni hal bir neçə dəfə təkrar olunur. Dairəyə daxil olan sürücülər yol polisinə yol verdikdə, polisin planı baş tutmamış sayılır və dairənin başına dolanmağa davam edir. 

Görüntülərdən o da açıq-aşkar görünür ki, yol polisinin məqsədi xidmət aparmaq, sürücülərin, hərəkətin təhlükəsizliyini təmin etmək yox, sürücüləri tələyə salıb cərimə etməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol