Menu

Azərbaycan ordusunun zabiti şəhid oldu

27.09.2014, 13:43
Azərbaycan ordusunun zabiti şəhid oldu

Hadisə bu gün baş verib

Sentyabrın 27-də saat 10.25 radələrində Ermənistan silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.

A. Baxışlı 1991-ci ildə Hacıqabul rayonunda anadan olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara səbr diləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol