Menu

İranda sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxıb

01.02.2020, 09:59
İranda sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxıb

“Iran Air” hava yollarına məxsus sərnişin təyyarəsi İranın Kirmanşah şəhərində eniş zamanı uçuş-eniş zolağından kənara çıxıb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, Tehrandan Kirmanşaha uçan “Airbus-319” təyyarəsinin eniş zamanı qəzaya uğramasının ehtimal edilən səbəbi ön təkərlərindəki problemləridir.

Hadisə yerli vaxtla saat 06:00-da baş verib.

Ölən və yaralanan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol