DÖVLƏT YARDIMI İLƏ BAĞLI XƏBƏRİ OXUYANDA APARICINI GÜLMƏK TUTDU - VİDEO

Rusiyanın «Rossia» dövlət telekanalının Vesti xəbər proqramının aparıcısını efir vaxtı qəfil gülmək tutub və o bir müddət özünü yığışdıra bilməyib. Onu gülmək tutanda aparıcı Rusiyada sosial ödənişlərin 3 faiz artırıldığına dair xəbəri oxuyurdu.

Bu verilişin yazısı efirə getməsə də sosial şəbəkədə yayılıb. Bu epizoda ilk dəfə«Info24» saytı diqqət yetirib.

Aparıcının oxuduğu xəbərdə deyilirdi ki, əlillər, döyüşəməliyyatlarının iştirakçısı olmuş veteranlar, radiasiyaya məruz qalmış vətəndaşlar və güzəşt müavinətləri alan başqaları onlara düşən 1500 rublun (23 dollar) 900 rublunu dava-dərmana, 137 rublunu sanatoriya paketinə, qalanını isə müalicə yerinə gedib-gəlmək üçün şəhərlərarası və beynəlxalq nəqliyyatdan istifadəyə xərcləyə bilərlər.

Aparıcını məhz xəbərin “beynəlxalq nəqliyyatdan istifadə” hissəsində gülmək tutub. O həmkarlarının qarşısında üzrxahlıq edərək deyib: “Mən çalışırdım ki, gülməyim dayansın, siz axıözünüz də gördünüz...”

Əhalinin güzəştli qrupuna edilən aylıq pul ödənişləri fevralın 1-dən indeksasiya edilib. Qanuna görə əhalinin bu qrupuna sosial xidmətlər pul və ya natura şəklində göstərilə bilər. Beləliklə, məhz bu ödənişlər 3 faiz artırılıb. Rusiyada federal güzəştləri 15 milyon nəfər alır. (azadliq.org)

635x100

Şərhlər

Müfəttiş 2020-02-16 14:17:13

O, bizim TV-lərdə iqtisadiyyat xəbərlərini oxumaq məcburiyyıtində qalsaydı gör nələr olardı...

Son yazılar