Menu

ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qalıb

16.02.2020, 10:25
ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qalıb

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yerləşdiyi əraziyə bir neçə raket mərmisi atılıb.

“Report” xəbər verir ki, bu barədə “Agency France Presse” məlumat yayıb.

Agentlik ABŞ hərbçilərinə istinadən bildirib ki, Birləşmiş Ştatların İraqdakı səfirliyinin yerləşdiyi əraziyə bir neçə raket düşüb. Həmin vaxt diplomatik nümayəndəlikdə həyəcan siqnalı işə salınıb.

“Al-Arabiya” telekanalının məlumatına görə, raketlər “yaşıl zona”ya düşüb. Əraziyə neçə raketin düşdüyü və hədəflərə dəyib-dəymədiyi dəqiqləşdirilmir.

“Reuters” isə öz növbəsində bildirib ki, Bağdaddakı hərbi koalisiya qüvvələri raket hücumlarına məruz qalıb. Hücum zamanı tələfatın və ya dağıntının olub-olmaması barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol