"Yeni Müsavat" qəzetinin rəhbəri Rauf Arifoğlu namizəd olduğu dairənin nəticələrinin ləğvi ilə bağlı daha bir status yazıb.
"AzPolitika" xəbər verir ki, R. Arifoğlu bildirib ki, ən azı 35 dairəni ləğv eləmək lazımdır:
"Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm. Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)...Sadəcə, Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı. Bizim dairəni qurban verib, bütövlükdə seçkini xilas etməyə cəhd göstərdilər. Amma üzə çıxan yeni - yeni videolar göstərir ki, 35-ci Xətai 3-cü seçki dairəsini qaytarıb, ən azı, 35 dairəni ləğv eləmək lazımdır.
Məzahir Pənahovun ömrü boyu bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı. "Sosial şəbəkə göstərer, yazmağa, sənədlərə baxmağa gərək qalmer...", dedi...
İkinci dəfəmizdə bunu Feysə baxmağa qoymamaq lazımdır.
Hər şey Feysdəki kimi olsaydı, dünən MSK -nın qarşısında 35-40 min "like" olmalı idi.
Cəmi 35-40 idilər..."


Şərhlər
KİMLƏRLƏ EYNİ SİYAHIDASAN, XƏCALƏT ÇƏKİRSƏNMİ?Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır: - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli - 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu - 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
O like-in görməküçün gərək etirazçıların qarşısı alınmayaydı.Arada bir az düşün yaz.
Rauf bəy qələbəniz danılmazdır
Yenii Yap qazetinin baw redaktoru
rauf bey qatar artiq gedib.artiq heqiqeti deye bilersiniz.dusunmuremki yalanci yumusaqliq 2 ci sans verer...size ugurlar.ozunize donun her sey yaxsi olar
.... HEÇMİ UTANMIR!