"ƏQİDƏMƏ HƏMİŞƏ SADİQƏM..." - Etibar Əliyevdən açıqlama

"Mənim əqidəm maarifçilikdir. Əqidəmə həmişə sadiqəm. Həmin əqidəyə uyğun olaraq da fəaliyyətimi davam etdirirəm". 

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri tanınmış təhsil eksperti, 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən növbədənkənar parlament seçkilərinin qalibi Etibar Əliyev öz "facebook" səhifəsindən paylaşdığı yazıda qeyd edib. Həmin yazıda daha sonra bildirilir:

"Məni ölkədə maarifçi, kitab təbliğatçısı, təhsil və elm sahəsində ekspert kimi tanıyırlar. 10-dan çox kitabın müəllifiyəm. İntensiv olaraq ölkə mətbuatında cəmiyyətimizi narahat edən məsələləri gündəmə gətirirəm. 25 illik təhsil və elm sahəsində ekspert kimi fəaliyyətim ölkənin ictimai-siyasi həyatında iştirakıma şərait yaradıb.

Buna görə qərara gəldim ki, növbədənkənar parlament seçkilərində iştirak edim. Və namizədliyimi 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən irəli sürdüm.

30 ildən çoxdur Qaraçuxurda yaşayıram. Elim, obam, qohum-əqrabam hamısı burda məskunlaşıb. Üstəlik, Milli Elmlər Akademiyası, universitetlərdə çalışan və Yeni Günəşli qəsəbəsində yaşayan alim və müəllimlər kollektivi. Aldığım dəstək mənim deputat seçilməm ilə məntiqi sonluğa gəlib çatdı.

Qaragüruhçuların bir qismi məni əqidəmi dəyişməkdə, saxtakarlıq etməkdə suçlayır. Diqqət edin: mən heç bir siyasi partiyanın üzvü deyiləm. Mənim əqidəm maarifçilikdir. Əqidəmə həmişə sadiqəm. Həmin əqidəyə uyğun olaraq da fəaliyyətimi davam etdirirəm. 

Təkrar edirəm: Qaraçuxur qəsəbəsində yaşamağım, apardığım təbliğat və cəmiyyətdəki ictimai nüfuzum qələbəmi qaçılmaz etdi. Bunu namizədlərin bir neçəsi də etiraf edir.

Məni ziyalı kimi düşündürən həm də başqa məsələdir. Necə oldu ki, müəyyən zaman kəsiyində inkarçı, söyüşkən, tərbiyəsiz bir gənclik seqmenti yarandı. Necə oldu ki, bunlar bizim diqqətimizdən yayındı və artıq onlar təhlükəyə çevriliblər. Onların yeganə amalı özləri kimi fikirləşməyənləri və davranış nümayiş etdirməyənləri mənəvi terror etməkdir. 

Filosoflardan birinin fikridir: “Texnologiyaların inkişafı insan mənəviyyatını tamamlamasa böyük təlatümlər yarancaq. Bəli biz də həmin təlatümlərin astanasındayıq.

Hər hansı bir təhqir, şantaj və böhtan kampaniyasına qarşı maarifçilik yolu ilə və hüquqi müstəvidə mübarizəmizi aparacağıq".

635x100

Şərhlər

zahid.r 2020-02-18 10:13:27

Tanınmış təhsil eksperti Etibar Əliyev Milli Məclisdə elmi, təhsili təmsil edəcək. Bundan yaxşı nə ola bilər ki? şəxsən mən özüm Qaraçuxur və günəşlidəki tanışlarıma bu namizədə səs vermələrini rica etmişdim

Son yazılar