Çin səfiri koronavirusa əlac tapıldığını iddia edir

Bu vaksindən malyariyaya qarşı istifadə olunub

Çinin Rusiyadakı səfiri ölkəsində yaranan və bütün dünyanı təhdid altında saxlayan koronavirusla bağlı effektli dərman vasitəsi yaradıldığını bəyan edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə səfir Çjan Xanxuey Rusiyanın “İnterfaks” agentliyinə məlumat verib.

Səfir deyib ki, Çin hökuməti sözügedən vaksinin təcrübədə müsbət effekt verdiyini qeydə alıb. Ç.Xanxueyin bildirdiyinə görə, “xloroxin fosfat” adlı bu vaksin indiyə qədər malyariyaya qarşı istifadə olunub. Mütəxəssislər onun koronavirusa qarşı da təsirli olduğu qənaətinə gəliblər. Bununla yanaşı, səfir qeyd edib ki, hələ vaksinin təsirinin yenidən yoxlanılması prosesi gedir və mütəxəssislər bu dərmanla bağlı araşdırmaları davam etdirirlər.

Həmçinin, Rusiya istehsallı “Arbidol” preparatının da müsbət effekt verdiyi qeyd olunur. Xəbərdə o da bildirilir ki, Çinin dörd əyalətində koronavirusla bağlı məhdudiyyətlər yumşaldılıb və elan olunan təhlükə səviyyəsi bir pillə endirilib.

Xatırladaq ki, 2019-cu ilin sonlarında yayılmağa başlayan koronavirus nəticəsində Çində artıq 2600 nəfər dünyasını dəyişib.

635x100

Şərhlər

Orxan 2020-02-24 23:20:45

Sizin bu məlumatınız xəbər deyil reklamdı. Arbidol virus ələyhinə olan dərmandı Apteklərdə ondan da yaxsi dərman var niyə məs o? biraz məsuliyyətiniz olsun.

Son yazılar