“Novruz Bayramı ərəfəsində əfv sərəncamı çox güman ki, verilməyəcək. Çünki müddət qısadır, ona qədər həyata keçirilməli vacib məsələlər var”. Bu barədə "AzPolitika.info"-ya Əfv Məsələləri Komissiyasının üzvlərindən biri məlumat verib.
Mənbə bildirib ki, əvvəlcə Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirilməlidir: “Hökumət strukutlarında aparılan son dəyişikliklər, habelə növbədənkənar seçkilərin nəticələri Komissiyanın tərkibinə yenidən baxılmasını zəruri edir. Sədr və bəzi üzvləri yeni şəxslər əvəz etməldir”.
Xatırladaq ki, Komissiyanın sədri Prezident Administrasiyasının (PA) sədri Ramiz Mehdiyev olub. Gözlənilir ki, onu PA-nın yeni sədri Samir Nuriyev əvəz etsin. Həmçinin, Daxili işlər naziri də dəyişib. Odur ki, keçmiş nazir Ramil Usubovun adı üzvlər siyahısından çıxarılması gözlənilir. Onu Vilayət Eyvazov əvəz edəcək.
Məlumata görə, bu səbəbdən Əfv Komissiyasının iclasları keçirilməyib.
Beləliklə əfv sərəncamının may ayınadək ertələnəcəyi bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
AzPolitika.info


Şərhlər