Menu

“Rusiyaya qarşı Kiyevlə Ankaranın səylərini birləşdirmək lazımdır” - Turçinov

03.03.2020, 00:28
“Rusiyaya qarşı Kiyevlə Ankaranın səylərini birləşdirmək lazımdır” - Turçinov

Ukraynanın sabiq müdafiə naziri və Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov bəyan edib ki, Ukrayna Türkiyəni müdafiə etməli, Rusiyanın aqressiv siyasətinə qarşı durmaq üçün səyləri biləşdirməlidir.

«Yalnız birgə səyləri artırmaqla Rusiyanın hərbi təcavüzünü, beynəlxalq terrorçuluğu və insanlığa qarşı cinayətlərini dayandırmaq, dünyada təhlükəsizliyi bərpa etmək olar» - Turçinovun bəyanaiında deyilir.

O, Rusiyanı ümumi sərhədləri olmayan Yaxn Şərqdəki qarşıdurmaya qoşulmaqda günahlandırıb. Onun sözlərinə görə, «təcavüzkar ölkə» insan itkilərində və Avropa İttifaqına (Aİ) doğru qaçqın dalğasının yaranmasında günahkardır.

Kremlin səyləri dolayısı ilə koronavirus epidemiyası şəraitində Avropa üçün diplomatik təhlükə yaradır.

«Bunun çəbəbi - Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyinin dünya siyasi arxitekturasını, qitələrarası və dünya təhlükəsizlik sistemini dağıtmaq cəhdləridir» -deyə, Turçinov bildirib.

O, həm də xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin açıq hərbi təcavüzə 2013-cü ilin fevralında Ukrayna torpaqlarını işğal etməklə başlayıb.

«Türkiyə ilə birgə miqyaslı hərbi-texniki əməkdaşlıq proqramının reallaşdırılmasını, Ukrayna hərbçilərinin Turkiyə hərbçiləri və NATO ölkələrinin Qara dənz hövzəsində birgə əməkdaşlığının kordinasiyasını gücləndirmək vacibdir. Eyni zamanda Ukraynanın ərazi bütövlüyünün bərpası istiqamətində Rusiyaya yönəlik beynəlxalq təzyiqləri artırmaq lazımdır» - deyə, Turçinov çağırış edib.

Bundan əvvəl xəbər verildiyi kimi, Ukrayna «Milli korpusu»nun başçısı və «Azov» alayının əsasını qoyan Andrey Biletski Suriyada (İdlibdə - red.) vəziyyətin gərginləşməsi şəraitindən istifadə edərək, «Rusiyaya zərbə endirmək» üçün Ukraynaya çağırış edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol