"Deputatlar oturduqları yerləri seçmirlər, yerləri Katibliyin ümumi şöbəsi təyin edir. Orada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir (kartı çıxarmaq olmaz). Axırıncı sırada otururam (məktəb illərimdən axırda oturmağı xoşlayıram). Yanımda Razi Nurullayev oturur".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin ReAl-çı deputatı Erkin Qədirli bildirib.
O, Milli Məclisdəki kreslolarla bağlı fikirlərini də bildirib:
"Həddindən artıq rahatdır. Heç uçaqların (təyyarələrin - "Report") biznes-klassında belələri olmur. İrəli-geri, yuxarı-aşağı yönlərdə dəyişə bilir (elektron düymələri var). Bu kreslolar işləmək üçün yox, istirahət üçün yaxşıdır".


Şərhlər
Razi Nurullayev üzərinə götürdüyü adı deputat maaşı ilə aldığı sabunlarla çətin ki yuyub təmizləyə bilsin.Mən siyasi partiya üzvü deyiləm.Ancaq onu bilirəm ki,dəyişən mövqeli adamın sabit mövqeyi olmur.Sabah daha güclü birisinin yanında yer ala bilər.Yaxşı mükafata Vətəndən də keçə bilər.