“Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun prezidenti, tanınmış milyoner Hafiz Məmmədovla bağlı modern.az saytına ilginc məlumat daxil olub.

Saytımıza verilən məlumata görə, Hafiz Məmmədovun Bakıdakı malikanəsi bu dəqiqələrdə məhkəmə icraçıları tərəfindən boşaldılır. İş adamının Teymur Əliyev küçəci 67 ünvanında yerləşən, dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına məhkəmə icraçıları, polis toplaşıb.

Sayıta verilən məlumata görə, villanı mühafizə edən silahlı qoruyucular məhkəmə icraçılarını binaya buraxmaqdan imtina ediblər. Məsələ ilə bağlı H. Məmmədov məlumatlandırılıb və o probelmin həll etmək üçün çalışdığını deyib.

Məlumata görə, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Məhkmə 300 min manat borcu qaytara bilmədiyinə görə, onun əmlakının boşaldılması barədə qərar verib.

Məlumata görə, Hafiz Məmmədov sabaha qədər vaxt istəyib və sabah borcu ödəyəcəyini vəd edib. Məhkəmə icraçıları bununla bağlı müzakirə apardıqdan sonra qərara alınıb ki, evin boşaldılması sabah saat 12-ə qədər təxirə salınsın.

“Nikoyl” bankın İdarə heyətinin üzvü Zaur Abdıyev isə SalamNews-a bildirib ki, “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlu üçün aldığı yeni ev polis tərəfindən boşaldılır.

Onun sözlərinə görə, Hafiz Məmmədov oğlu üçün yeni aldığı ev bankda digər müştəri tərəfindən girovda olub: "Hafiz Məmmədov da, evi məhz ondan alıb lakin nə bankın borcunu ödəyib, nə də bankın pulun bağlayıb. Hal- hazırda Nərimanov rayon məhkəmə icraçıları ilə birlikdə, evi boşaltmağa çalışırlar. Üzümüzə qapı açan yoxdur və məhkəmə işçilərini təhdid edirlər. Hadisə yerinə polis də cəlb olunub".

Qeyd edək ki, bəzi iddialara görə, “Baghlan Group”un adına banklardan külli miqdarda vəsait alınaraq başqa istiqamətlərə xərclənib. "AzPolitika. info"-nun məlumatına görə, “Hafka” Beynəlxalq Bankdan da götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq geri qaytarmayıb. Bu iş də məhkəmə çəkişməsinə çevrilib.

Dəqiq rəqəm bilinməsə də, söhbətin bir neçə 100 milyon manatdan getdiyi bildirilir. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıb qalan vəsaiti geri qaytarmayıb.

Vaqif

AzPolitika.info