Menu

“Belarus pandemiyaya görə sərhədləri bağlamayacaq” - Lukaşenko

23.04.2020, 15:13
“Belarus pandemiyaya görə sərhədləri bağlamayacaq” - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyası dövründə respublikanın dövlət sərhədlərini bağlamağa ehtiyac olmadığını bildirib.

Bu barədə “Report” RT-yə istinadən xəbər verir.

“Biz insanlar və malların hələ də hərəkət etdiyi üç dəhliz müəyyən etmişik. Ehtiyac olmayacağı təqdirdə də sərhədləri bağlamaq niyyətində deyilik”, - A.Lukaşenko dayanıqlı milli iqtisadiyyat üzrə keçirilən iclasda çıxışı zamanı söyləyib.

Belarus lideri bunun ölkəyə heç də asan və ucuz başa gəlmədiyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol