Menu

Ucar DYP-yə yeni rəis təyin edildi

23.04.2020, 16:41
Ucar DYP-yə yeni rəis təyin edildi

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Müşviq Sabir oğlu Əmirov Fizuli Rayon Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsindən azad edilərək Ucar Rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol