Menu

Yaponiyada bir gündə koronavirusdan ən yüksək ölüm qeydə alındı

23.04.2020, 20:45
Yaponiyada bir gündə koronavirusdan ən yüksək ölüm qeydə alındı

Yaponiyada ötən gündən etibarən koronavirusdan ölənlər 29 nəfər artaraq 341 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə gün ərzində koronavirusla bağlı insan ölümünün ən yüksək göstəricisi qeydə alınıb.

Həmin müddət ərzində ölkədə daha 436 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 13,1 minə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol