Tanınmış vəkil Ceyhun Yusifov Dövlət Gömrük Komitəsi rəhbərliyinin eyni bölgədən olması barədə sosial şəbəkələrdə yayılan və "Demokrat.az"-ın da dərc etdiyi məlumatlara münasibət bildirib.
Ceyhun Yusifov qeyd edib ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin fəaliyyəti bütün qurumlar üçün nümunə olmalıdır: "Dövlət Gömrük Komitəsi bəlkə də yeganə orqandır ki, rüşvətin, korrupsiyanın kökü tam kəsilib. Səfər Mehdiyevin fəaliyyəti inan ki, bütün qurumlar üçün nümunə olmalıdır. Kifayət qədər məni tanıyırsan və bilirsən ki, heç zaman nədənsə çəkinmədən haqqı demişəm, bu gündə haqqı deməyi özümə borc bildim.
Qaldı kadırların regional bağlılığına, o yanaşmada hesab edirəm ki, obyektiv deyil. Gömrük Komitəsində kifayət qədər müxtəlif regiondan olan rəhbər şəxslər mövcuddur. Amma hazırki nümunəvi kadırların regional kimliyini araşdırıb, nə vaxtsa korrupsiyanın tuğyan etdiyi və düzələcəyinədə heç kəsin inanmadığı bir orqanı tam şəffaf quruma çevirən bu şəxslərin fəaliyyətini kölgə altına almaq əz azı insafsızlıqdır.
Onu da sonda xatırlamağı özümə borc bilirəm ki, bir müddət əvvəl şəxsən Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin KİV-nümayəndələrinə "bu qurumda kimliyindən asılı olmayaraq kiminsə bir manat belə rüşvət alsa, bunun məssulyətini daşımağa tam hazıram" deyə açıq bəyanat vermişdi. İndi siz deyin, hansı Nazir və ya Mərkəzi icra hakimiyyətinin rəhbəri bunu KİV-qarşısında təkrar edə bilər? İndi siz araşdırın, bəlkə rastlaşdınız....".


Şərhlər
Bəli,Səfər müəllimin idarəsinin əksəriyyəti elə Nehrəmlidir.
ALLAH SƏNİ GÜLDERSÜN .YAMAN GÜLDÜRDÜN MƏNİ.
Hamıya yaxşı məlumdur ki, dünyanın ən varlı insanların hüquq müdafiəsini dünyanın ən güclü və savadlı vəkilləri, təbii ki, aldıqları yüksək qonorar müqabilində həyata keçirirlər. Bu səbəbdən vəkilin DGK-nin sədri ilə bağlı mövqeyi məni təəccübləndirmir.
Məqalə böyük olmasa da, axıra qədər oxumağa hövsələm çatmadı. Sizə çatdırıram ki, sizə belə nümunə lazımdır. Bizə belə "nümunə"lər lazım deyil.
SƏN DEDİYİNƏ İNANMAQ BİR AZ ÇƏTİNDİR.
Nə təklif edirsən? Heykəlini harda ucaldaq,vətənində və ya paytaxtda?
Ha-ha-ha...
ölkəni korrusiya bataqlıgında batıran gömrükdür,ləgv olunmalı birinci komitədir