"Bu gün sizin saytınızda oxudum ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) şöbə müdiri Fazil Talıbov 300 min adama ikinci dəfə - may ayı üçün 190 manat birdəfəlik ödənişin köçürüldüyünü deyib. Əlavə edib ki, həmin vətəndaşlar ayın 24-ə qədər ödənişlərini tam şəkildə alacaqlar. Mən aprelin 9-da ikinci dəfə ödəniş köçürülən ilk 10 min nəfərdən biriyəm. Bu gün may ayının 18-dir, nəinki ödənişi, heç kartı bizə verməyiblər".
Bu barədə "AzPolitika.info" saytına vətəndaş Salmanov Səməd Cabbar oğlu bildirib. Onun sözlərinə görə, dəfələrlə şikayətdən etdikdən sonra nazirlikdə şikayətini qeydə alıblar: "Nazirlikdə adıma elektron kabinet açılıb, müraciətim ora da yerləşdirilib. Amma nə telefonlara, nə də 142 "qaynar xətt"-inə cavab verən yoxdur".
Səməd Salmanov saytımız vasitəsi ilə nazirliyə müraciət edərək anlaşılmazlığın aradan qaldırılmasını xahiş edib.
AzPolitika.info


Şərhlər
Bu Korona , cox komitə və nazirliklərin zibilini açdı , bütün hesabatların saxta olması ,rəhbərlərin səriştəsizliyini göstərdi .Gözləyək,, gələn il başqa bir virus daha hansı paxırımızı açacaq
Bu nazirliyin bssi ayagi. Yoxdur., Bir kiminse oglu,qohumu olan nasi birisini tapib qoyublar. Nazirlik ne etdiyini ve ne edeceyini unudub. Bax nudur kadr seciminiz!