Menu

"Bilet satışı sentyabra qədər dayandırılıb" - AZAL (Yenilənib)

08.06.2020, 15:10
"Bilet satışı sentyabra qədər dayandırılıb" - AZAL (Yenilənib)

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib.

“Report” bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir.

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır.

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi.

***

Məsələ ilə bağlı "Report"a açıqlama verən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviaşirkət sentyabra qədər bilet satışını dayandırıb və o vaxta qədər satışın bərpası Nazirlər Kabineti yanında Operativ Qərargahın atacağı addımlardan asılı olacaq. 

Şərhlər

Alim 2020-06-08 22:53:01

Meni bir shey maraqlandirir hemin o insan Pasha neye gore Kesemenckidi olmazki Kesemenli olsun?

Elnur 2020-06-08 21:56:08

Gence

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol