BİR TAYFANIN TOPDAĞITMAZ VARİDATI – Saysız-hesabsız əmlaklar, torpaq sahələri, yüksək vəzifələr...+ FOTO

Almaniyada yaşayan araşdırmaçı jurnalist, bloqçu Həbib Müntəzir “Facebook”-dakı hesabında keçmiş deputat, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və yaxınlarının əmlakının siyahsını yayıb. Jurnalist icra başçısının yüksək vəzifələrdə çalışan bəzi qohumlarının adlarını da açıqlayıb.

“AzPolitika.info” həmin araşdırmanı oxuculara təqdim edir:

İcra başçısının şəxsi mənzilləri:

- Daşkəsən rayonu, 20 yanvar küçəsi (k) ev 8 ünvanında mənzil - Nəsimi rayonu, S. Vurğun k. ev 58 ünvanında mənzil,

- Nərimanov rayonu M.Qaşqay k. ev 102 ünvanında mənzil,

- Nərimanov rayonu, M. Qaşqay k. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villa,

- Gəncədə, Göygöldə mənzilləri, bağ evləri,

- Badamdarda 3 ədəd villa,

- Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi,

- Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər.


Abıyevlərin obyekt və əmlaklarının siyahısı:

1. Masallı şəhərində keçmiş "Raykopittifaq”a məxsus 2 mərtəbəli bina 0,23 ha ərazisi ilə birlikdə 27.02. 2004-cü il tarixdə Əhəd Abıyevin qardaşı Abıyev Səməd Mikayıl oğlunun adına özəlləşdirilib. Əvvəllər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Masallı rayon şöbəsinə icarəyə verilib.

2. Masallı şəhər Həmid Sultanov küçəsində köhnə Yanacaq Doldurma Məntəqəsi və dəyirman 0,50 ha torpaq sahəsi ilə birlikdə 28.06.2004-cü il tarixdə Ə. Abıyevin qardaşı Qadir Abıyevin adına özəlləşdirilib. Əvvəllər "Azər-Altay qardaşları” daş bazarı kimi fəaliyyət göstərib.

3. Masallı şəhərində yerləşən Köhnə "Aqrokombinat”- ın 3 mərtəbəli binası 0,33 ha torpaq sahəsi ilə birlikdə Ə. Abıyevin qardaşı Nadir Abıyevin adına özəlləşdirilib. Həmin binada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı şöbəsinin yerləşməsinə və həmin vaxt Nadir Abıyevin Torpaq şöbəsinin müdiri olmasına baxmayaraq, bu bina dəyərindən çox-çox aşağı qiymətə özəlləşdirilib və şöbənin işçiləri bu binadan çıxarılıb.

4. İstisu zonasında yerləşən keçmiş "Mətləbbulağı” (indiki adı "İslam bulağı”) istirahət mərkəzi əvvəlki sahibindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

5. İstisu zonasında 10 ha ərazidə yerləşən "Turkan” Sağlamlıq Mərkəzi əvvəlki sahibi Adəm Nüsrətovdan qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

6. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 22.12.2005-ci il tarixdə Səməd Abıyevin qaynı Tağıyev Mirinin adına sənədləşdirilib.

7. Masallı şəhərində köhnə Çörək Kombinatı 0.70 ha torpaq sahəsi ilə birlikdə Ə. Abıyevin yaxınlarından sayılan Piriyev Məmmədbağırın adına özəlləşdirilib. Sonradan həmin yer Ə. Abıyevin ən yaxın adamı olan 70 saylı Masallı şəhər Seçki Dairəsinin əvvəlki sədri Elxan Məmmədovun adına sənədləşdirilib.

8. Masallı şəhərində 0,60 ha torpaq sahəsi 05.12. 2005-ci il tarixdə Abıyev Nadirin yaxın qohumu Eyvazov Fərhad Saleh oğlunun adına sənədləşdirilib.

9. Masallı şəhəri Talışxanov prospektində 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.

10. Masallı şəhərində 320 kv.m dükan yeri Nadir Abıyevin kürəkəni Nadirov Manaf Abı oğlunun adına 25.03. 2002-ci il tarixdə sənədləşdirilib.

11. Masallı şəhərində 130 kv.m dükan yeri 10.10. 2002-ci il tarixdə Nadir Abıyevin oğlu Abıyev Siyab Nadir oğlunun adına sənədləşdirilib.

12. Masallı şəhəri "Xan Çinarı” bazarının arxasında yerləşən 3,15 ha torpaq sahəsi 04.03. 2005-ci il tarixdə Nadir Abıyevin adına sənədləşdirilib.

13. Masallı şəhərində yerləşən univermaq binası 0.19 ha ərazisi ilə birlikdə, Səməd Abıyev "Raypoittifaq”ın müdiri işləyərkən orada mühasibi işləmiş, Abıyevlərin yaxın adamlarından olan Məmmədov Əhməd Məmmədağa oğlunun adına 12.02.2007-ci il tarixdə dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.

14. Bala Təklə kəndi ərazisində 6 ha torpaq sahəsi 15.05. 2006-cı il tarixdə Əhəd Abıyevin qardaşı oğlu, Dövlət Yol Polisində məsul vəzifədə çalışan Abıyev Kamal İsrafil oğlunun adına sənədləşdirilib. Sonradan bu torpaq sahəsi Masallının İstisu ərazisində yerləşən "İslam bulağı” istirahət mərkəzinin yerləşdiyi ərazi ilə qeyri-qanuni dəyişdirilib.

15. Masallı şəhərində 0,34 ha torpaq sahəsi və 150 kv.m dükan yeri Əhəd Abıyevin əmisi nəvəsi Alışov Xalid Nizami oğlunun adına sənədləşdirilib.

16. Masallı şəhərində 144 kv.m dükan yeri 02.12. 2003-cü il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

17. Masallı şəhər "Xan Çinar” bazarının yanında 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib və daha sonra satılıb.

18. Masallı şəhərində 72 kv.m dükan yeri 25.08. 2004-cü il tarixdə Abıyev Nadirin qaynı Qasımov Bahəddin Qafur oğlunun adına sənədləşdirilib.

19. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 10.07.2001-ci il tarixdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına sənədləşdirilib.

20. Masallı şəhərində 720 kv.m dükan yeri 30.11.2001-ci il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

21. Masallı şəhərində 400 kv.m dükan yeri 30.10.2002-ci il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.

22. Masallı şəhərində 3311 kv.m torpaq sahəsi 16.04. 2002-ci il tarixdə Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.

23. Masallı şəhər Əlibala Əliyev küçəsində 0,60 ha torpaq sahəsi 28. 12. 2005-ci il tarixdə Nadir Abıyevin qayını Qasımov Bahadur Qafur oğlunun adına sənədləşdirilib.

24. Masallı şəhərində 505 kv.m torpaq sahəsi 20.04.2003-cü il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.

25. Şərəfə kəndi ərazisində yerləşən köhnə Yemçilik Birliyi 4,5 ha torpaq sahəsi və tikililəri ilə birlikdə Abıyev Nadir Mikayıl oğlunun adına, dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.

26. Masallı şəhəri ərazisində yerləşən "Moskiviç” maşın təmiri emalatxanası 1 ha torpaq sahəsi ilə birlikdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına özəlləşdirilib.

27. Masallı şəhərində yerləşən köhnə "Kitab Evi”- nin 2 mərtəbəli binası dəyərindən aşağı qiymətə özəlləşdirilərək Abıyevlərin mülkiyyətinə keçirilib.

28. Viləş çayının yatağında dövlət mülkiyyətində olan ümumilikdə 3 ha torpaq sahəsi Abıyev Siyab Nadir oğluna və Abıyev İbrahim Mikayıl oğluna 2004-cü il tarixdən icarəyə verilib.

29. İstisu avtomobil yolu üzərində "Şır-şır" bulağının kənarında 6 ədəd kottec və geniş bir meşə ərazisi Abıyevlərin mülkiyyətindədir.

30. Əhəd Abıyevin qardaşı Qadir Abıyevə məxsus "Azər-Altay qardaşları" şirkətinin ərazisi 16 sakinin həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, bu torpaqlar qanunsuz olaraq Abıyev Qadir Mikayıl oğlunun adına sənədləşdirilib.

31. Masallı şəhər bələdiyyəsinə məxsus olan və Həsənli kəndinə yaxın ərazidə yerləşən 100 ha torpaq sahəsi qanunsuz olaraq Abıyev Abı Mikayıl oğlunun adına özəlləşdirilib.

32. Viləşçay su dəryaçasının kənarında, İsi kəndində 0,50 ha torpaq sahəsi və 3 mərtəbəli ev Qadir Abıyevin adına özəlləşdirilib.

33. Bakı-Astara magistral yolunun kənarında meşə zolağına bitişik 2 ha torpaq sahəsi qeyri-qanuni olaraq Abıyev Qadir Mikayıl oğlunun istifadəsindədir.

34. Bakı-Astara magistral yolunun Təzə Alvadı kəndində, meşə zolağında qanunsuz olaraq tikilmiş "Görüş” restoranı Əhəd Abıyevin kürəkəni Cəfər Gözəlovun adına özəlləşdirilib.

35. Dəniz kənarında yerləşən və Çaxırlı kəndinə məxsus olan geniş torpaq sahələri və ferma binaları qanunsuz olaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

36. Abıyev Nadir Mikayıl oğlu Masallı Rayon Torpaq Şöbəsinin müdiri işlədiyi vaxt Qızılağac kəndində yerləşən Südçülük Kompleksini ərazisi ilə birlikdə qanunsuz şəkildə satıb.

37. "Xan Çinar" bazarı ilə üzbəüz tikilən Abıyevlərə məxsus bazar, Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

Əhəd Abıyevin yüksək vəzifələrdə çalışan qohumları:

Qardaşı Zəfər Abıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavinidir.

Zəfər Abıyev

Qardaşı oğlu Nəriman İbrahim oğlu Abıyev Bakı İnzibati Məhkəməsinin hakimidir.

Qardaşı Qadir Abıyev Astara Gömrük Məntəqəsinin əməkdaşıdır.

Qardaşı Nadir Abıyev isə uzun müddət Masallı rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Qardaşı oğlu Heydər Abıyev DTX-nın Quba rayon şöbəsinin rəisi olub. O həm də sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısının kürəkənidir.

Qardaşı oğlu Abıyev Kamal İsrafil oğlu Dövlət Yol Polisində məsul vəzifədə çalışır

Digər bir qardaşı Səməd Abıyev Masallı Telekommunikasyia Qovşağının rəisidir.

Daha bir qohumu, Abıyev Sədulla Vəli oğlu 64 №-li Mənzil Kommunal İstismar Sahəsinin (JEK) rəisidir.

Xatırladaq ki, Əhəd Abıyev 15 il parlamentin deputatı olub, 9 ildir Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısıdır.

P.S. Əhəd Abıyev jurnalist Həbib Müntəzirin açıqladığı bu siyahı ilə bağlı mövqe bildirməyib. Onun fikirlərinin də dərc etməyə çalışacağıq.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalətə 2020-06-23 12:06:12

Elə ona görə dəbelə hallar baş alıb gedir.Dərə xəlbət,tülkü bəy!

t.ədalətə 2020-06-21 15:48:38

Şəkinin İcra Başçısı kimin qohumudur ? Ayda on gün işdə olmayır ?

Arif 2020-06-17 11:52:47

Nəzarətsiz,İdarə olunmayan ölkədə belə halların baş verməsi mümkündür.Niyə bizi bu hala salıblar?Millətin günahı nədir?susqunluq? hörmət? yoxsa sayılmamaq?

Vətəndaş 2020-06-16 14:30:50

Şəkini də bir tayfa idarə edir.....???

t.ədalətə, Mübarizə 2020-06-15 10:11:56

Demək istəmisən ki, çoxillik toxunulmazlar kastasındadır? YAP yox, vəzifə partiyası!

elman 2020-06-14 15:13:47

bığları ilə özünü Ocalana oxşadır

Nəbi 2020-06-14 11:40:47

birinci dəfə efirdən biabırçı söyüşü bu ... elədi. Özü də parlamentdə. İndi də belə həşəratlar çoxalıb. Biabırçılıqdır. Kim kim istəyir söyür. Bu bizim millətə yaramaz

Lətif 2020-06-14 11:37:00

b4əəh

İbrahim 2020-06-14 00:03:44

Bu talançı da YAP-in yetirməsidir. Siyavuş demiş quldurlar oğrular,cinayətkarlar hamısı bir yerə yığılıblar. Biabırçılıqdır.

Bu neslin qurbanlarindan biri! 2020-06-13 19:23:02

Bu hele gorunen terefdir!

BİRCƏ 2020-06-12 22:51:09

MM xanımlarının arasında Əli Kərimlini aşağılaması bunlardan çox qiymətlidir!

Dövlətini Sevənə 2020-06-12 22:44:39

Satan-ƏK dövlət deyilmi? Bir %lik Artsax da bütöv Azərbaycanın haqqını alıb!

Aborigen 2020-06-12 21:36:34

Mən təklif edirəm ki, Abıyev Əhəd adını dəyişib Ahat qoysun. Daha samballı (vücuduna uyğun) səslənir. Ahat Abıyev!!! Daşkəsənin ən hündür yerində misdən heykəli qoyulsun!

həsən 2020-06-12 21:35:26

bəh bəh, nə gözəldir bizim azəribaycan, oxu siyahını ürəyin qoy sərin olsun

Vətəndaş 2020-06-12 20:27:25

Bu sistemin ,yaramazlığını təsdiq edən ən tutarlı faktdır.....

rasim 2020-06-12 20:21:21

DTX demek lazimdir binalar gedirsen hamsi satilib amma birdenede isig yanmir.Hamsi rusvet hesabina alinan evlerdir

Eli 2020-06-12 19:04:25

Maşallah başçının sifetinden qan damır Ömrü boyu xoş gün. görmüş Efqan mollalarının sifetine ocşayır Bele adam heç vaxt xalq üçün işlemez heç Dövlet üçün de

Cəlil 2020-06-12 18:04:06

Maşallah.Dərə xəlbət,tülkü bəy! Bu boyda Prezident aparatı,DİN.Prokurorluq, DTX hara baxıb? Bəs nəzarət onların vəzifəsi deyildi ki.adam vəzifədən belə varlanmayaydı?Qudurmuşluq belə yaradılır.t

Veten dashı 2020-06-12 17:29:51

Bu şəxs siyasi mühitdə söyüş ritorikasının banisidir ,fitili qoyub cəkilib gözdən uzaq bir yerdə ,,işini ,, görür...Onun və onunkimilərin bədnam fəaliyyəti nəticəsində sosial şəbəkələrdə Azərbaycan xalqının mentaliteti zay oldu.

Togrul 2020-06-12 17:21:30

Seçilmiş insanlardı , və ən tragik odur ki özləridə inanır və hesab edilər ki bunlar hər şeyin yaxşısına layıqdılar

Adi vətəndaş Müntəzirə 2020-06-12 17:04:30

Ə.Abiyevin varidatını vitse-prezidentliyə təklif kimi sadalayıbsınız?

Dövlətini sevən 2020-06-12 16:50:40

Həbib müəllim, Şəki də vəziyyət ondan da acınacaqlıdır....Şəki dövlətin xəbəri olmadan özəlləşib...?

ejder 2020-06-12 15:59:48

ECEB ANALOQU OLMAYAN INKIWAFDIR,MALADES

Müəllim 2020-06-12 15:50:46

Əhəd Abıyev də YAP-çıdır?Deməli YAP öz imicinə belə hallarla böyük zərbə vurmuş olur.Onun çox saylı üzvlərinin rüşvət,büdcə yemə,mənimsəmə haları o qədər vüsət alıb ki, bu partiya üzvlərii idarə edən insanların özlərinin də natəmiz işlərindən xəbə verir.... Bütün buaşkar olunan faktlar əsdiq edir ki, YAP-ın potensialı artıq tükənib,onlar doğru məcra qapadılmalı,cinayətə yol vermiş üzvlər qanunla müvafiq cavab verməlidirlər.bunun digər yolu yoxdur.tdan yuvarlanblar.Bu zaman YAP bir partiya kimişmitnü-özünə o qədər

Mubariz 2020-06-12 15:49:27

S. Novruzov mövqenizi bildirin ,yoxsa ən< təmiz> yap -çılardan biridir?

t.ədalət 2020-06-12 15:38:26

Abiyevlər Bəylər Eyubovun qohum-əqrtəbasıdır.Onmlara kim "gözün üstə qaşın var"-deyə bilər?

Eko 2020-06-12 15:36:27

noolsun ?

Son yazılar