Menu

ABŞERON İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİB - Kimlər həbs olunub?(Yenilənib)

22.06.2020, 16:00
ABŞERON İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİB - Kimlər həbs olunub?(Yenilənib)

Xəbər verildiyiu kimi, Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayonunda əməliyyat keçirib. Unikal.org-un əldə etdiyi məlumata görə, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev, 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Murad və Babək adlı şəxslər həbs olunub. Əlavə məlumat veriləcək.

***

"Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb".

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, virtualaz.org məlumat yayıb ki, Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilib.

RİH əməkdaşlarının virtualaz.org-a verdikləri məlumata görə, əməliyyat zamanı İcra Hakimiyyətinin bir sıra yüksək vəzifəli məmurları saxlanılıblar.

Aldığımız son məlumata görə, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirirlər.

Şərhlər

Oxucu 2020-06-23 11:07:33

Hər yerdə vəziyyət eynidir. Yekə işlərə girişə bilmirlər, xırda-para işlərlə gözə kül üfürürlər. Vidadi Zeynalovun yaxın qohumu Buzovna Qəsəbəsi, R.Axundov 2-də yerləşən yataqxananın həyətinin çox hissəsini satıb, bu yataqxananı qanunsuz məskunlaşdırıb. Tuta bilirlər? ...

Cahangir Məmmədov 2020-06-22 17:42:08

Niyə ölkəni bu hala salıblar?Naziri,İcra hakimiyyəti başçıları.onların müavinlri və bu kimi digərlarİ ölkəni soydular,taladılar.Nəzarət etməli,hesab sormalı olanlar bir kənarda qalıb.Bu necə nəzarətdir.....

Serdar 2020-06-22 13:24:51

En cox korrupsiyaya bulashmis IH-dir

ejder 2020-06-22 13:18:07

ANALOQU OLMAYAN ISLAHAT DAVAM EDIR...MALADES

Asif 2020-06-22 13:05:29

Eşşəyi qoyub palana vururlar. Söküb dağıdanlar qalır 1-2 nəfər aşağıdan həbs edir ad olur ki korrupsiya qarşı mübarizədir

Eko 2020-06-22 12:34:26

Beli !!!!

t.ədalət 2020-06-22 11:32:24

Abşeron rayonundakı qanunsuzluqların başında icra hakimiyyətinin başçısı dayanır......Sumqayıt şəhər İHB-sı Zakir Fərəcovun himayəsinə sığınan bu adam Abşeronun ərazilərini satıb qurtarmışdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol