Menu

"Yaranmış vəziyyətə görə hər kəs cavabdehdir" - TƏBİB rəsmisi

22.06.2020, 16:18
"Yaranmış vəziyyətə görə hər kəs cavabdehdir" - TƏBİB rəsmisi

“Hər birimizin ayrı-ayrılıqda sağalması və ya xəstələnməməsi kifayət deyil. Azərbaycan bütöv bir bədəndir, ona görə də bütövlükdə Azərbaycan sağalmalıdır”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva sosial şəbəkədə yazıb.

O bildirib ki, yaranmış vəziyyətə görə hər kəs cavabdehdir: “Mən sizin yoluxmamağınıza, siz o birinin, o biri digərinin... Hər birimiz maska taxaraq məsafə saxlayıb özümüzü qorumaqla, digərlərini, eləcə də Azərbaycanımızı qorumuş olacağıq. “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına qoşulun, vətəndaş olaraq birlikdə qalib gələk!”.

Şərhlər

Abbasov 2020-06-23 12:19:00

Görəsən TƏBİB özü özünün nəyə cavabdeh olduğunu və cavabdehliynin nədən ibarət olduğunu anlayır?

müəllim 2020-06-23 11:53:34

TƏBİBi baş biləni görəsən nə dediyini özü anlayır?Əgər vətəndaş hər iş üçün günahkardırsa.onda TƏBİB nəyə gərəkdir.GöstElə Operativ qərargah da TƏBİB0in baş biləni (əgər onun tibbdən bildiyi vaersa)ndən artıq bilgiyə sahib deyıl.Odur ki, insanlar fəlakətə yönəldiyinii Hakimiyyət anlamalıdır.bərgə üçün ki,biz də varıq? Vətəndaşları Allah belə anlamazlardan qorusun!hər

Eko 2020-06-22 20:14:15

Xesteliyin artasina sebeb sizsiniz !!!( tebib di nedi , Cûnki dûzqûn môvqe tutmadiniz , savadiniz catmadi) turkiye ehalisi 80 mil du 20 min adam xestelenib . Bizde 7/8 milyona 13 min adam xestelenib . Indi bilinde ne var ne yox !!

MRP 2020-06-22 19:29:58

Misir fironlarından birinin dediyi söz var Nil sahilində qurd quzunu yeyibsə günahkar mənəm.Ya quzu yolunu azıb yada qurd həddini.Rəvanə xanım bu işin təşkili TƏBİBə havələ olunub.Bütün məsuliyyət sizin üstünüzə düşür.

Vətəndaş 2020-06-22 16:53:26

Belə getsə iş yerləri baqlanmalıdir.Bank və poçtlar virus mənbəyidir.Burda böyuk dəyişiklıklər olmalıdir.həftədə 3 gün işləsələr yaxşı olardı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol