Menu

“Referans” klinikası koronavirus testinin götürülməsini dayandırdı

23.06.2020, 22:57
“Referans” klinikası koronavirus testinin götürülməsini dayandırdı

Referans Klinik Labaratoriya Mərkəzində koronavirus testinin götürülməsi dayandırılıb.

Klinikanın Labaratoriya Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, hazırda koronavirusla bağlı test qəbul edilmir: “Reaktivlərimiz bitib. Nə zaman olacağı bilinmir. Testlərin aparılması sırf uçuş öncəsi olan pasientlər üçün nəzərəd tutulub”.

Xatırladaq ki, bir neçə gün öncə klinikada koronavirus testi vermiş vətəndaşa nəticə neqativ göndərilsə də, TƏBİB-ə cavab pozitiv təqdim edilmişdi. Daha sonra xəstəxana məlumat yayaraq Mərkəzin qeydiyyat şöbəsinin əməkdaşı tərəfindən texniki səhvə yol verildiyini və pasiyentə nəticənin mənfi kimi çap olunaraq təqdim olunduğunu bildirmişdi.

Qeyd olunmuşdu ki, texniki səhvə görə, pasiyentin son iki həftə ərzində görüşdüyü insanlardan mütləq şəkildə COVID-19 testi götürüləcək.

Şərhlər

Anonim 2020-06-24 20:23:27

Bu klinika coxlarini sehv analizle aldadib. Bizi de hemcinin xromosom analizi ile sehv cavabla aldatmishdilar. Almaniyada eyni analizi tezden verib cavabin eksine tam eksini aldiq.Allah Sizin belanizi versin 600 manat analize aldiginiz pul haraminiz olsun.l

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol