Menu

Rəsulzadənin fotosu olan maska taxan gənc tutulub? - RƏSMİ

27.06.2020, 12:07
Rəsulzadənin fotosu olan maska taxan gənc tutulub? - RƏSMİ

Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığı bildirilən şəxslə bağlı açıqlama verib.

"AzPolitika"nın məlumatına görə, nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, vətəndaş Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması yalan məlumatdır: "Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?

Onun saxlanma səbəbinə gəlincə isə, Cavid Məmmədzadə xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyini görə saxlanılıb. O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib"

Şərhlər

Kazım 2020-06-27 19:51:07

Əgər polis əməkdaşı qərzli və ya qanunsuz tələb edirsə bu tələbə vətəndaş necə tabe olmamalıdır? Çünki vətndaşlar da qanunlardan xəbrdardır və mümkün qədər riayət edir.Amma polislərdən də özbaşınalıq edənləri,qanunları pozan olduqda vətndaş nə etməlidir.Müvafiq orqanlara müraciət etmək çox zaman mümkün olmur.Çünki bu vaxt və gözləmə tələb edir.

Amid 2020-06-27 15:50:02

Qûllelemek lazimdi onu !!! Ne mehkeme ........

miri 2020-06-27 14:30:17

Qəlblərdə olan "M.Ə.Rəsulzadəyə sevgi məbədi" bu nə polis, nə də hansısa qadağa yıxa bilməz.

t.ədalət 2020-06-27 13:06:19

Nadanlıq o həddə çatıb ki,vətəndaşın icazə müddəti bitdiyinə görə məhkəmə qarşısına çıxarılır...İcazə vaxtı bitdiyinə vəziyyəti məhkəmələrə qədər daşımaq dünya qanunlarında yoxdur....

Kərim 2020-06-27 12:56:02

Bu Rəsulzadədən nə istəyirsiniz? Yazığın qəbri də çürüyüb. Sizin erməni ilə yox özümüzünkülərlə düşmənçilik edirsiniz.

Bashirov Qarib 2020-06-27 12:14:34

Bu özbaşnalıga nə vaxt son qoyulacaq? Heç bir səbəb olmadan insanı həbs etmək olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol