Mehriban Əliyeva şəhid ailələrinin ev probleminin həlli ilə bağlı göstəriş verib

2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailə üzvlərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirilib.

Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən məlumat verilib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan hər iki ailə uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Qəza vəziyyətində olan evlərinin təmiri ilə əlaqədar İctimai Birliyə ünvanlanmış müraciətlə bağlı təşkilat tərəfindən Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verilib.

Fondun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.

Mehriban Əliyevanın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmayıb. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır.

Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi göstərilən diqqət və qayğıya görə şəhid ailələri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

635x100

Şərhlər

t.ədalət 2020-07-08 23:50:15

Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı çox təqdirə layiqdir.Şəhid ailələrinin təqaüdlərinin artırılmasına,onların işlə təmin olunmasına ciddi ehtiyac vardır.Bir də yaxşı olar ki, Mehriban xanımın dəstəyi ilə şəhid ailələri və müharibə əlillərinin problemləri ilə məşğul olan ayrıca bir qurum yaradısın.Bu iş. ƏƏSMN-nin tabeçiliyində olduqca dövlətin qayğıları problemlərlə üzləşəcək.

Son yazılar