"BİZ ÖLÇÜLÜB-BİÇİLMİŞ ADDIMLAR ATIRIQ..." - "Əsas məqsəd insanları qorumaqdı"

Artıq 5 aya yaxındır ki, ölkə gündəminin əsas mövzusu koronavirus pandemiyası ilə mübarizə, onun yaratdığı çətin vəziyyətdən çıxış yollarının müəyyən edilməsidir.

Prezident İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibədə də bir daha ölkədə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, vəziyyəti nəzarətdə saxlamaq üçün atılan addımlar barədə ətraflı məlumat verib.

Dölət başçısı qeyd edib ki, "Covid-19"-un artmasını nəzərə alaraq dövlət lazımi tədbirlərə davam edir. 800 çarpayılıq yeni xəstəxananın istifadəyə verildiyini bildirən Prezident, 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcəyini də vurğulayıb. "Yəni, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır", - Prezident vurğulayıb. 

Ölkə rəhbəri həmçinin bildirib ki, modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Daha beş modul tipli xəstəxana inşa olunacaq. Yəni, koronavirusla bağlı ən pessimist ssenariyə belə hazır olmaq üçün lazımi addımlar atılır. 

Qeyd edək ki, hazırda ölkənin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib.

"Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq. Bildirməliyəm ki, bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350" - deyə Prezident bildirib.

Prezident ony da qeyd edib ki, xəstəliyə yoluxmanın tempi yüksək olsa da, vəziyyət nəzarət altındadır: "Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərəm ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır".

"Biz, əlbəttə, bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək" - deyə, vurğulayn Prezident, pandemiya dövründə xüsusi qaydalara riayət olunmasının əhəmiyyətli olduğunu bəyan edib.

Prezident həmçinin hüquq-mühafizə orqanlarının qaydalara əməl olunmasına ciddi nəzarət etdiyini vurğulayaraq, bunun zəruri olduğunu bildirib: "Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq". 

Dövlət başçısı qeyd edib ki, vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, pandemiya ilə mübarizə istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər bir daha onun üçün Azərbaycan vətəndaşlarının sağlamlığının tərəddüdsüz olaraq birinci yerdə olduğunu göstərir. 

“Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə bütün imkanlarını səfərbər edib. Dövlət vətəndaşların sağlamlığının qorunması üçün maksimum tədbirlər həyata keçirir. Görülən işlərin tam nəticə verməsi üçün vətəndaşlar öz məsuliyyətini dərk etməli və qaydalara ımıl etməlidirlər”, - deyə Fətəliyeva qeyd edib. 

Deputat bildirib ki, Prezident İlham Əliyev vətəndaşların dövlətin həyata keçirdiyi tədbirləri dəstəklədiyini qeyd edərək bir daha insanları məsuliyyətli olmağa, nizam-intizama çağırıb: "Çünki insanların böyük əksəriyyəti sosial məsuliyyətini dərk etsələr də, müəyyən bir qism çağırışlara əməl etmir ki, bu da virusun yayılmasına səbəb olur".

Millət vəkili qeyd edib ki,indiyə qədər Azərbaycanın koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər dünya miqyasında təqdir edilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanın pandemiya ilə mübarizəsi yüksək qiymətləndirilir. 

“Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışında pandemiya ilə dünya ölkələrin mübarizəsi və ölkəmizin bu sahədə əməkdaşlığı haqqında fikirlərini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, səhiyyə sistemi həmişə nümunə göstərilən inkişaf etmiş bır sıra ölkələrdə ölənlərin sayı bizdə virusa yoluxanların sayından çoxdur. Hansı ki, onların əhalisi Azərbaycanın əhalisinin sayı ilə təminən bərabərdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan beynəlxalq miqyasda öz töhfələrini verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna sübutdur. Avropa İttifaqı isə ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Təsadüfi deyil ki, hər iki tədbirin keçirilməsinə görə büynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi. Digər vacib məqam isə Azərbaycanın bir sıra ölkələrə yardım göstərməsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan indiyə qədər fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərib. O ölkələr ki, buna onların ehtiyacı var. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Həmin 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Bundan əlavə, Azərbaycan fərdi qaydada üç beynəlxalq təşkilata ianə verib. Beləliklə, dövlət başçısının qeyd etdiyi kimi, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Həyata keçirilən tədbirlər onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda koronavirus pandemiyası ilə mübarizəyə böyük töhfələr verir”-deyə, S.Fətəliyeva vurğulayıb.

Elman

AzPolitika.info

635x100

Şərhlər

S.Ənvərqızı 2020-07-10 11:59:02

Hörmətli cənab Prezident, ailəm məmur özbaşnalığından əmək hüquqları kobud qaydada pozulması ilə əlaqədar ünvanınıza saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq heç bir müsbət nəticəsi olmamış, cavab da verilməmişdir... Vətəndaşların Müraciətləri haqqında Qanun Rabitə Nazirliyində işlək vəziyyətində deyil, nazir müavini Əli Abdullayev qanunsuz caab verməkdən kəçinmir, vətəndaşın müraciətlərini saymayır, özündən çox arxeyindir, bu arxeyinçılıq onda nədən yaranıb ???? Axırıncı dəfə ünvanınıza 26.05.2020-ci il tarixdə elektron poçt vasitəsilə (@pa.gov.az) müraciət etmişəm, yenədə cavab yoxdur ? Vətəndaşın müraciətlərinə baxılmaması sosial narazılıqları artırır, vətəndaşın dövlətə olan inamını öldürür... Xahiş edirəm müraciətimin araşdırılıb qanuni tədbirlər görülməsi üçün aidiyyatı üzrə sərəncam verəsisniz..

S.Ənvərqızı 2020-07-10 11:48:38

Hörmətli cənab Prezident, ailəm məmur özbaşnalığından əmək hüquqları kobud qaydada pozulması ilə əlaqədar ünvanınıza saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq heç bir müsbət nəticəsi olmamış, cavab da verilməmişdir... Vətəndaşların Müraciətləri haqqında Qanun Rabitə Nazirliyində işlək vəziyyətində deyil, nazir müavini Əli Abdullayev qanunsuz caab verməkdən kəçinmir, vətəndaşın müraciətlərini saymayır, özündən çox arxeyindir, bu arxeyinçılıq onda nədən yaranıb ???? Axırıncı dəfə ünvanınıza 26.05.2020-ci il tarixdə elektron poçt vasitəsilə (@pa.gov.az) müraciət etmişəm, .. Xahiş edirəm müraciətimin araşdırılıb qanuni tədbirlər görülməsi üçün aidiyyatı üzrə sərəncam verəsisniz..

Raquv 2020-07-10 01:08:35

PREZ|DENTE YARD|M ETMEK EVEZ|NE BU MEMURLAR NE |SLER C|QQ|LDAD|RLAR C00X Q0RXMAZ MAMURLAR|M|Z VAR BUNLARDAN 1 BATALY0N DUZELDESEN DEYESEN XANKEND|NDE 100 T Q|Z|L VAR |NAN|RS|Z NES|L NECABETLER|N| Y|G|B 1 AYA ALARLAR QARABAG|!

Ölkə Vətəndaşı 2020-07-09 19:40:30

hörmətli Az.Politika məsləhət bilsəniz prezidentə yazdığımı verərsiniz.

Ölkə Vətəndaşı 2020-07-09 19:37:49

Möhtərəm Prezidentimiz mən bir vətəndaş kimi sizdən xahiş edirəm dənizə quma getməyə icazə verin. İnanın ki, dənizə insanlar indi getməsələr Allah uzaq eləsin o virusdan qat-qat çox insanlar həyatla vidalaşacaq. Və çoxlu da şikəstlər olacaq. Hamı bilir ki, Bakı şəhərində rematizm xəstəliyi olmayan insan azdır. Bu xəstəliyin də qarşısını dəniz suyu və qumla müalicə alır. Eyni zamanda əsəblərin gərginləşməsinin də qarşısını alır. Bəzi məddah məmurların sözünə çox inanmayın. Siz özünüz də bilirsiniz ki onlar kimlərdirlər. Bir də Sizdən xahiş edirəm icazə verin dənizə getməyə.

Son yazılar