Bayden ABŞ-ı ÜST-ə qaytaracaq - Seçkilərdə Trampa qalib gəlsə

Demokrat Partiyasından Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentliyinə gözlənilən namizəd Bayden bəyan edib ki, noyabr seçkilərinin nəticələrinə görə prezident seçiləcəyi təqdirdə Ağ Evin indiki sahibi Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq barədə qərarını ləğv edəcək.

ABŞ-ın keçmiş vitse-prezidenti bildirib ki, ÜST-ə təkrar daxil olmaq onun prezident postunda ilk addımlarından biri olacaq («Amerikanın səsi»).

«Amerika qlobal səhiyyənin möhkəmləndirilməsində iştirak etdiyi halda amerikalılar daha çox təhlükəsizlikdə olurlar. Mənim prezident postunda ilk günümdə mən, yenidən ÜST-a birləşəcəm və dünya səhnəsində bizim liderliyimizi bərpa edəcəm» - deyə, Baydan «Tvitter»də yazıb.

Xəbər verildiyi kimi, iyulun 7-də Donald Tramp rəsmi olaraq, Birləşmiş Ştatların ÜST-dan çıxmaq mexanizmini işə salıb. Hazırda ABŞ ÜST-nın nəhəng sponsorudur (ildə 400 milyon dollar üzvlük haqqı ödəməklə). Qərar bir il ərzində - 2021-ci il iyulun 6-da qüvvəyə minəcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar