8 ŞƏHƏR və RAYONDA İCTİMAİ NƏQLİYYATIN HƏRƏKƏTİ DAYANDIRILDI - İki günlük

Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Bununla əlaqədar bu gün saat 00:00-dan 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Buna baxmayaraq, taksi fəaliyyətinə icazə veriləcək.

635x100

Şərhlər

Cavan 2020-07-11 12:42:55

SİZİN TƏTBİQ ETDİYİNİZ QADAĞALAR İNSANLARI DÖVLƏTƏ QARŞI YÖNƏLDİR.SİZ 2 GÜN İNSANLARI EVDƏ QALMAĞA MƏCBUR EDİRSİNİZ SONRA AVTOBUSLARDA DƏHŞƏTLİ SIXLIQDA İNSANLARI İŞƏ GETMƏYƏ MƏCBUR EDİR VƏ BİLƏRƏKDƏN SANKİ İNSANLARI YOLUXDURURSUNUZ.EVDƏ QALMAĞA MƏCBUR ETDİYİNİZ İNSANLAR NƏ YEYİR NECƏ DOLANIR SİZİ MARAQLANDIRMIR.İŞLƏYƏ BİLMİRSİZ GEDİN,BACARANLAR İŞLƏSİN.

Son yazılar