Menu

Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir

12.07.2020, 13:26
Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, diqqətə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələri vacibdir. Eləcə də fəaliyyətinə icazə verilən qapalı məkanlarda xidmət personallarından qaydalara əməl etmələri tələb olunur.

Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Şərhlər

Yavuz 2020-07-12 21:35:27

Profilaktik tədbiri Səhiyyə idarələri keçirər.Polis unsanları cərimələməklə məşğuldur.Bunun sonu olacaqmı?

Abbas 2020-07-12 14:39:20

Xəstəliyə qarçı nəzarət-profilaktik tədbirlərSəhiyyə Nazirliyinin poliklinikaları.icra hakimiyyətlərinin müvafiq strukturları tərəfindən keçirilməlidir.Polis yalnız olmaz deməklə və cərimələməklə məşğuldur...

Oxucu 2020-07-12 13:54:10

Buzovna qəsəbəsində bu hiss olunmur. 14 saylı xəstəxananın qəbul şöbəsinə gedən yolda maskasız adamlar maşın yuyurlar, küçədə gəzirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol