Menu

ABŞ viza sanksiyalarını genişləndirib - Çinə qarşı

16.07.2020, 00:50
ABŞ viza sanksiyalarını genişləndirib - Çinə qarşı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Çin vətəndaşlarına yönəlik yeni viza məhdudiyyətləri elan edib.

Onun sözlərinə görə, sanksiyalar Çin Kommunist partiyasını dəstəklədiklərinə görə, bu ölkənin İnformasiya Texnalogiyaları şirkətlərinin, o cümlədən, «Huawei» şirkətinin əməkdaşlarına aid ediləcək.

Şirkətlər onda günahlandırılır ki, guya insan hüquqlarını pozan rejimə kömək edirlər. Bununla əlaqədar olaraq, Vaşinqtonda qeyd edirlər ki, göstərilən şəxslərin ABŞ-a gəlməsi «ciddi potensial mənfi xarici-siyasi nəticələrə səbəb olar».

ABŞ Dövlət Departamentinin başçısı bütün telekommunikasiya şirkətlərini «Huawei» şirkəti ilə əməkdaşlıqdan çəkinməyə çağırıb və sanksiyalarla hədələyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol