Menu

Ermənistanda "müxalif üçlük" Sərkisyanı devirmək üçün birləşir

07.10.2014, 14:59
Ermənistanda "müxalif üçlük" Sərkisyanı devirmək üçün birləşir

İrəvanda oktyabrın 10-a təyin olunmuş ümummilli mitinq ərəfəsində Ermənistan bölgələrində keçirilən növbəti mitinq zamanı Firavan Ermənistan Partiyası da Erməni Milli Konqresi ilə İrs Partiyasının “tam hakimiyyət dəyişikliyi" çağırışına qoşulub.

Bunu Vanadzor şəhərində “müxalif üçlüyün” mitinqində çıxış edən Firavan Ermənistan Partiyasının nümayəndəsi Naira Zohrabyan bəyan edib.

Özünü "qeyri-iqtidar qüvvə" elan etmiş Firavan Ermənistan Partiyasının rəhbər üzvü Naira Zohrabyan meydana toplaşan Vanadzor sakinlərini “ölkəni çıxılmaz dalana salan hakimiyyətdən azad olmaq üçün” müxalifətə arxa olmağa çağırıb.

“Bizim problemimiz qeyri-mükəmməl konstitusiya deyil, bizim problemimiz fikri-zikri konstitusiya dəyişikliyi bəhanəsi ilə ömrünü daha 10 il uzatmaqda olan qeyri-mükəmməl hakimiyyətdir” - deyə Zohrabyan bəyan edib.

Onun sözlərinə görə, “üçlük “ təşkil edən qüvvələrin müxtəlif məsələlər üzrə fikirləri üst-üstə düşməyə də bilər: "Lakin bir məsələdə biz həmfikirik: bu hakimiyyət ölkəni məhvə aparır, bu hakimiyyət ölkəni çıxılmaz vəziyyətə salıb, bu hakimiyyət getməlidir. Məhz bu ümumi siyasi gündəlik məsələsidir bu gün bu üç siyasi qüvvəni birləşdirən”.

[caption id="attachment_59955" align="alignleft" width="300"]

Naira Zohrabyan təmsil olunduğu Firavan Ermənistan Partiyasının da hakimiyyətin istefası çağırışına qoşulduğunu bəyan edib[/caption]

Vanadzor mitinqində də Erməni Milli Konqresi, Firavan Ermənistan və İrs partiyalarının liderləri Levon Ter-Petrosyan, Qaqik Tsarukyan və Raffi Hovhannisyan iştirak etməyiblər.

Vanadzor mitinqinin başlıca mesajı Firavan Ermənistan Partiyasının mövcud hakim rejimin istefası tələbinə birləşməsinin açıqlanması oldu.

Bu partiya yüz minlərlə üzvü olan və Milli Məclisdə hakim respublikaçılardan sonra sayca ikinci partiyadır.

Bu günə qədər müşahidəçilər Ermənistan oliqarxiya nümayəndələrindən biri olan, baş nazir Hovik Abrahamyanın qudası, deputat Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvənin bu məsələdə qəti mövqe tərəfdarlarına qatılacağında şübhələnirdilər.

Müşahidəçilər partiyanın “tam hakimiyyət dəyişikliyi” prosesinə qatılması bəyanatı növbəti blef deyilsə, onun iqtidar-müxalifət qüvvələr balansına ciddi təsir etmək imkanına malik olduğunu qeyd edirlər.

“Müxalif üçlüyün” növbəti bölgə mitinqi oktyabrın 8-də Gümri şəhərində gözlənilir. /BBC Azeri

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol