Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. “Reuters”un verdiyi xəbərə görə, partlayış Beyrut limanının 12-ci blokunda , anbarların olduğu yerdə baş verib. Pirotexniki vasitələr saxlanılan anbarda baş verən partlayış nəticəsində şəhərin müxtəlif yerlərində pəncərə və qapılar sınıb, insanlar yaralanıb.
Partlayışdan sonra 2 kilometr ərazinin məhv olduğu bildirilir. Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.
Partlayış zamanı xəsarət alanların sayı isə 4 mini keçib.
Sözügedən dəhşətli partlayışın görüntülərini təqdim edirik.




Şərhlər
Bu partlayışdan biri də irəvanda olsaydı pis olmazdı