Menu

Premium markalı yanacağın qiyməti qalxdı

05.08.2020, 19:16
Premium markalı yanacağın qiyməti qalxdı

Bu gün premium markalı yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb.

"SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli Trend-ə bildirib ki, premium markalı yanacaq idxal olunan bir yanacaqdır: "Xarici ölkələrdən, məsələn Rumıniya, Rusiya kimi dövlətlərdən idxal olunur. Bu gün səhər saat 8:00-dan etibarən bu növ yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb (1 litr üçün). Səbəb alış qiymətinin baha olmasıdır. Aldığımız ölkədə alış qiyməti qalxdığına görə, qiymətlərdə dəyişiklik etmək məcburiyyətində qaldıq".

Qurum rəsmisi əlavə edib ki, qiymətin 1.50 manata qalxacağı ilə bağlı heç bir plan yoxdur.

Şərhlər

Deputat 2020-08-05 23:30:20

Bu yanacağın sadə xalqa heç bir aidiyyatı yoxdur. 2 manat edin, olsun əla. Dizel, uzağı Aİ 92 əsas qalxmasın. Neft düşəndə isə bu yanacaqlar düşmədi...

t.ədalət 2020-08-05 21:06:21

Rumınıyadakı zavod Azərbaycanındır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol