Kənan Kərimzadə Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Qeyd edək ki, K.Kərimzadə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi(fərqlənmə) əldə edib. O, 2017-2019-cu illərdə ABŞ-ın nüfuzlu CFA İnstitutunda investisiyaların idarəedilməsi sahəsində təhsil alıb və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasına sahibdir. 2013-2016-cı illərdə “Capital Motors” MMC-də Maliyyə analizi üzrə mütəxəssis, 2016-2018-ci illərdə “PMD Group” MMC-də İnvestisiyalar üzrə baş mütəxəssis, rəhbər və departament menecerinin müavini, 2019-cu ildən isə “P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.


Şərhlər
Siz tamamilə doğru deyirsiniz.MMC-də işləyənlər maliyyə fırıldaqları dan başqa heç nə bacarmırlar.Təhsil naziri özünə müşavir təyin edəndə niyə maliyyə və biznes dələduzlarından seçir. Təhsil nazirinin müşaviri pedaqoji işi bilən müəllim və mütəxəssis olmalıdır.Thsil sahəsinə rəhbərlik edənlər bu vacib sahəni məhv etdilər..
MMC şəxsi firma, müəssisədir.Orada vəzifə tutmaq böyük bilik və bacarıq tələb etmir. Təhsil nazirinin müşaviri təcrübəli təhsil işçisi olmalıdır... Bəsdirin Milanın "yolu"bu davam etdirib, təhsili şəxsi qazanc mənbəyinə çevirməyiniz. Ayıb olsun.