Menu

Hərbi xidmətə aparılan siyasətçinin səhhəti pisləşib - "Yanına heç kim buraxmırlar..."

04.09.2020, 15:51
Hərbi xidmətə aparılan siyasətçinin səhhəti pisləşib - "Yanına heç kim buraxmırlar..."

Hərbi xidmətdə olan gənc fəal, D18 Hərəkatının sədri Ruslan İzzətlinin səhhətində ciddi problem yarandığından iki gün öncə, sentyabrın 2-də Bakıda hospitala yerləşdirildiyi bildirilir.

"AzPolitika.info" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Hərəkatın üzvləri məlumat paylaşıb.

Məlumata görə, cəbhə bölgəsində hərbi xidmətdə olan R.İzzətli təcili olaraq müalicə üçün Bakıya gətirilib: "Ruslan İzzətlinin yanına heç kəsi buraxmırlar. Səbəb kimi karantin rejimini göstərirlər". 

Hərəkatdan həmçinin bildirilib ki, R.İzzətli bu ilin may ayında əsgərliyə aparılarkən ona özəl xəstəxanaların birində belində yırtıq və böyrəyində daş diaqnozu qoşulmuşdu.

Bu açıqlamaya, hələlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə Nazirliyi və başqa uyğun qurumlardan münasibət öyrənmək mümkün olmayıb.


Şərhlər

Eldəniz 2020-09-04 20:14:03

Hamımız əsgər olmuşuq ona görə də demək istəyirəm ki, Ruslanın səhhətində problem olsaydı tibbi komisyanin qərarına əsasən hərbi xidmətə cəlb edilməsi...Yox əgər hərbi xidmət zamanı səhhətində problem yaranıbsa müalicə ediləcək hərbi hospitalda Allah şəfa versin ...

Kamil Sultanov 2020-09-04 16:34:26

Kişi kimi əskərliyi çək Vətən qarşısında borcuvu ödə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol