Menu

Azərbaycan komandası finalda "Ararat"ı məğlub etdi

15.09.2020, 13:50
Azərbaycan komandası finalda "Ararat"ı məğlub etdi

Azərbaycanın "Vüqar Həşimovun Dostları" şahmat komandası beynəlxalq turnirin qalibi olub."Report" xəbər verir ki, kollektiv finalda Ermənistan təmsilçisi "Ararat"ı məğlub edib - 380:307.

Komandanın heyətində Rauf Məmmədov, Qədir Hüseynov kimi qrossmeysterlər mübarizə aparıblar.

Bununla bağlı özünün "Facebook" hesabından paylaşım edən R.Məmmədov qələbəyə görə komanda yoldaşlarına minnətdarlığını bildirib: "İki həftdə davam edən turnir dünən yekunlaşdı. Nəticədə biz qalib olduq. Qədir Hüseynovun səyi ilə dostumuz və həmkarımız Vüqar Həşimovun şərəfinə komanda yaratdıq. Finalda Ermənistan komandasını məğlub etməyi bacardıq. Komandanın bütün üzvlərinə təşəkkür edirəm".

Şərhlər

Rəşad 2020-09-15 16:27:29

Belə uğurlarımız haqqında daha geniş və ətraflı məlumat almalıylq, yoxsa koronovirus vədigər xəbərlər milləti ruhdan salır.

Xalq 2020-09-15 16:25:37

Sağ olun uşaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol