"Məsuliyyət sizin üzərinizə düşür..." - Millət vəkili ali məktəb rektorlarına müraciət etdi

Tanınmış təhsil eksperti, millət vəkili Etibar Əliyev ali məktəb rektorlarına müraciət edib. 

"AzPolitika.info" xəbər verir ki, deputat müraciətinin əvvəlində bir neçə ali məktəbdə İctimai Şuranın üzvü olduğunu xatırladıb. O qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarının analoqu olmayıb.

"Pandemiyanın təhsiə təhdidinə baxmayaraq, qəbul imtahanları baş tutdu. Ali və orta ixtisas məktəblərinə daxil olan tələbələri təbrik edir, onlara təhsil nailiyyətləri arzulayıram. Rəhbərlik etdiyiniz ali məktəblərə daxil olan ən yüksək bal toplamış abituriyentdən an aşağı bal toplamış abituriyentə qədər hər bir tələbəyə keyfiyyətli təhsil verilməsinin məsuliyyəti sizin üzərinizə düşür" - deyə deputatın müraciətində bildirilir.

E. Əliyev qeyd edib ki, indiki şəraitdə əsas problem distant təhsilin keyfiyyətini ənənəvi təhsilin keyfiyyətinə yaxınlaşdırmaq, distant təhsil mədəniyyətini formalaşdırmaqdır. Millət vəkili hesab edir ki, universitetlərə ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsində sərbəstlik verilməlidir.

Təhsil eksperti daha sonra müraciətində universitetlərdə kitabxanaların vəziyyətinin ürəkaçan olmadığnı bildirib"Elektron kitabxananın zənginləşdirilməsi ənənəvi kitabxananı tamamlaya bilər. Tələbələrə optimist ovqatın bəxş olunması üçün universitet psixoloqları və pedaqoqları mütəmadi olaraq onlara qrup şəklində mühazirələr təqdim edərlərsə, bu postmandemiya dövrünə hazırlıq üçün böyük əhəmiyyət kəsb edər".

Etibar Əliyevin sözlərinə görə, təhsilin formalarından asılı olmayaraq çalışqanlıq və maarifçilik işlərinin səviyyəsinin yüksəldilməsi olduqca vacibdir: "Bir çox ekspertlər düşünürdülər ki, pandemiya dövründə şagirdlərimiz aşağı nəticələr göstərəcək. Lakin belə olmadı. Qruplar üzrə yüksək nəticə göstərənlərin sayı ötən illərdən kəskin şəkildə fərqlənmir. Ötən il 700 bal toplayan abituriyent olmasa da, bu il 2 abituriyent bu nəticəni əldə edə bildi. Bu o deməkdir ki, şəraitdən asılı olmayaraq ölkəmizdə istedadlı uşaqlar öz biliklərini nümayiş etdirə bilirlər. Ali məkəb rəhbərləri çətin şəraitdə yüksək nəticə əldə edən tələbələrə keyfiyyətli təhsilin verilməsi üçün onların universitetin bütün imkanlarından istifadə etmələrinə şərait yaratmalıdırlar. Ölkədə qarşıya qoyulan əsas məsələ insan kapitalının inkişafıdır. Pandemiyadan asılı olmayaraq şagird nailiyyətlərini bu dəyərə yönləndirməyi bacarmalıyıq".

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar