ORDUMUZ DÜŞMƏNƏ TƏSLİM OLMAĞI TƏKLİF ETDİ! - "Müqavimət göstəriləcəyi təqdirdə..."

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər normalarına uyğun həyata keçiriləcək.

Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək" deyə, məlumatda qeyd olunub. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu bəyanatı düşmənin Ağdərədəki hərbi birləşməsinin ordumuzun mühasirəsinə düşdüyündən xəbər verir.


635x100

Şərhlər

Ayka 2020-09-28 13:26:00

Allah esgerlerimizi qorusun sehidlerimizide cennetde kerbela sehidlerine qonsu etsin Amin

Ziya 2020-09-28 08:54:04

Erməni kimi düşmənə aman vermək yazığı gəlmək ağılsızlıqdir. Öldürür bizi yenidən öldürməsin. Dinc əhalini də güllələyir. Düşməni öldürmək lazımdır ki,

Vetendas 2020-09-28 06:47:57

Amin

Vətəndaş 2020-09-27 17:43:38

ALLAH QORUSUN İGİDLƏRİMİZİ,ORDUMUZU!

Son yazılar