Menu

Pentaqonda çalışan azərbaycanlı polkovnikdən Azərbaycana dəstək

27.09.2020, 20:17
Pentaqonda çalışan azərbaycanlı polkovnikdən Azərbaycana dəstək

Ərazi bütövlüyünü təmin etmək Azərbaycanın və bütün dövlətlərin doğal haqqıdır. Pentaqonda, ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyi Baş Qərargahı Planlar, Strateji, və Siyasət şöbəsi, NATO/Avropa bölmə müdiri - ABŞ Dəniz Qüvvələrində "Con" ləqəbi ilə tanınan - əslən azərbaycanlı komandir Nəimi Amiral Azərbaycan ordusuna dəstək verib.

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verir ki, azərbaycanlı komandir Azərbaycan dəstəklə bağlı öz feysbuk hesabında status yazıb.

“Təəssüf Azərbaycanın sülhsevər addımları bugünədək qarşılıqsız qalmışdır. Evlərindən obalarından olmuş ailələrimizin tezliklə öz yurdlarına qayıda bilməsini səbirsizliklə gözləyirik. Xeyirli və uğurlu olsun!”,-deyə N.Amiral bildirib.

Şərhlər

Rafiq 2020-09-28 14:03:58

Qarabağ bizimdir , Qarabağ Azerbaycandır !!!

Süleyman 2020-09-28 02:30:54

Allahım Ordumuza itkisiz qələbə zəfərini nəsib et... Amin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol