Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.
Bu barədə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib.

Şərhlər
Daşnaq liderləri Eçmiadzin və A.Sarkisyandan Azərbaycandakı erməniləri sayı azalan Ermənistana çağırmasını gözləyirəm! Amma, inanmıram ona görə ki, onu PREZİDENT kimi BBdən Qarabağı və Azərbaycanı 32 il qanına qəltan etdirmiş Baronessa Koks göndərmiş ola bilər?
İNŞALLAH ORDUMUZ DÜŞMƏNİ AXZIRINCI NƏFƏRİNƏ KİMİ TORPAĞIMIZDAN QOVACAQ. ALLAH ZABİTLƏRİMİZİ,ƏSGƏRLƏRİMİZ QORUSUN!