Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.
Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.


Şərhlər
Erm'nistan ərazisindən bizim ərazilərimizə atılan arteleriya və raket zərbələri bizə imkan verir ki, cavab atəşi ataq. Bunun üçün dəqiq məlumatlar əldə etmək və bu məlumatları dünya ictimaiyyətinə, böyük dövlət başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə çatdırmaq lazımdır.