Tanınmış vəkil hüquq cameəsinə müraciət etdi – “Qəhrəman ordumuza dəstək hər birimizin borcudur”

Tanınmış vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifov Silahlı Qüvvələrə Yardım Fonduna 1000 (min) manat pul köçürüb.

Bu barədə “AzPolitika.info”ya məlumat verən Ceyhun Yusifov bütün hüquq cameəsini qəhrəman ordumuza dəstək olmağa çağırdı.

“Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda qanı və canı ilə mübarizə aparan, şanlı zəfərlərə imza atan Azərbaycan Ordusunun əsgərlərinə dəstək hər birimizin borcudur. Hər kəs bacardığı, imkanı çatdığı qədər dövlətimizə və ordumuza dəstək olmalıdır ki, ən qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bilək” – deyə, Ceyhun Yusifov bildirdi.

Tanınmı vəkil Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralılara isə şəfa arzulayaraq, Qarabağın bütövlükdə işğaldan azad olunması üçün Azərbaycan vətəndaşılarının hər bir fədakarlıqlara hazır olduğuna inandığını vurğuladı. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar