“Bakı İnşaat Sənaye” ASC Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırdı -100 min manat

“Bakı İnşaat Sənaye” ASC Qarabağın azadlığı naminə gedən müqəddəs döyüşlərdə ordumuza dəstək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100.000 manat vəsait ödəyib.

ASC-dən verilən açıqlamada şirkətin hər zaman olduğu kimi, bu gün də dövlətimizin və ordumuzun yanında olduğu vurğulanlb. 

""Bakı İnşaat Sənaye” ASC bəyan edir ki,  Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ən qısa zamanda işğal olunmuş torpaqlarımızı azad edəcəyinə inamımız tamdır. Bunun üçün üzərimizə düşən bütün vəzifələri yerinə yetirməyə, Qəhrəman əsgərlərimizin və zabitlərimiz döyüş ruhunu və qələbə əzminin artırılması üçün istənilən dəstəyi göstərməyə hazırıq. 

 Qarabağ Azərbaycanındır! Qələbə bizimlədir!" - deyə ASC-nin açıqlamasında bildirilir. 

Xatırladaq ki, “Bakı İnşaat Sənaye” ASC 2004-ci ildə yaradılıb. Əsas istehsal yönümü tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif dəmir məhsulları, mismar və məftillərin hazırlanmasıdır.

Qeyd edək ki, “Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi tanınmış iş adamı Loğman Zülfüqarlıdır.

AzPolitika.info


635x100

Şərhlər

Mehrab 2020-10-02 09:33:53

Qusar

OQTAY 2020-10-01 20:56:15

Allah,min qat evezini verecek!!!Esl VETEN oqluna,esq olsun!!!!

Son yazılar