Menu

Rusiya və İran XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər

02.10.2020, 20:59
Rusiya və İran XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub. “Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət hərtərəfli müzakirə edilib.

“Hər iki tərəf davam edən genişmiqyaslı döyüş əməliyyatlarından, habelə Suriya və Liviyadan olan qanunsuz silahlı qruplaşmaların döyüşlərdə iştirakından ciddi narahatlıqlarını ifadə ediblər. Dərhal atəşkəsə əməl edilməsinə və gərginliyin azaldılmasına, təxribatçı və döyüşə çağıran çağırışlardan qaçılmasına çağırış edilib”, - Rusiya XİN-in məlumatında deyilir.

S.Lavrov Rusiyanın həm milli keyfiyyətdə, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yollarla həllinə dəstək üçün vasitəçilik səyləri göstərməyə davam edəcəyini vurğulayıb.

Nazirlər bölgə ölkələrinin, xüsusən də Azərbaycan və Ermənistanın qonşularının tərəflərin danışıqlar masasına tezliklə qayıtması üçün əlverişli şəraitin yaradılmasında oynaya biləcəyi mühüm rolu qeyd ediblər.

Şərhlər

Qasanaqa mirzəyev 2020-10-02 23:11:39

Ay düşmənlər...

Mehdi 2020-10-02 21:47:30

Allahi lenet etsin....

Xalq 2020-10-02 21:47:03

bunlara nə qədər demək olar ki, ermənistan dərhal çıxsın işğal elədiyi Qarabağdan, sonra danışıqlara getmək olar. Aqil bircə cümlədən başa düşər.

Azerbaycanin dushmenlerine 2020-10-02 21:41:00

kalantaryan ve cavad zərif, siz , ishqalchi Ermenistani herterefli mudafiye edirsiniz, bu sebebden, size lenetler olsun...

Mətanət 2020-10-02 21:20:11

Mən heckimə inanmram yalniz İlham Eliyeve inanıram ..goyde Allaha yerde İlham Əliyevə ....Allah bizimledir yaşasin Azerbaycan ...yaşasın ordumuz size inanrik Azerbaycan esgeri

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol