Menu

Azərbaycanda daha 28 şagird və 9 müəllim koronavirusa yoluxub

05.10.2020, 19:11
Azərbaycanda daha 28 şagird və 9 müəllim koronavirusa yoluxub

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən "Report"a bildirilib ki, 7 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 28 şagird və 9 işçidə koronavirus aşkarlanıb.

İndiyə qədər ölkə üzrə bir məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol